12px13px15px17px
Tarix:06/04/15

Elektron Təhlükəsizlik Mərkəzi: “Olduğunuz məkanla bağlı məlumatlar üçüncü tərəfə ötürülə bilər”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi smartfon istifadəçilərinə növbəti xəbərdarlığını edib.

Mərkəzin rəsmi internet səhifəsində yaydığı xəbərə görə, sözügedən texnologiyadan istifadə edənlər barələrində bir sıra məlumatlar, o cümlədən tez-tez olduğu məkanlar haqqında olan informasiyalar üçüncü tərəfə ötürülə bilər.
 
Bu fakt Karnegi Mellon Universiteti tədqiqatçılarının apardığı son araşdırmalar nəticəsində aşkar edilib. Araşdırmalardan sonra məlum olub ki, bir çox tətbiqetmələr istifadəçilərin olduğu məkanla bağlı məlumatları qısa zaman aralığında müntəzəm olaraq, toplayaraq üçüncü tərəfə ötürür.
 
“Smartfon istifadəçilərinin olduqları məkan müəyyən tətbiqetmələr vasitəsilə son 14 gün içərisində 5,398 dəfə üçüncü tərəfə paylaşılıb” – deyə sayt qeyd edib.
 
 
Qeyd edək ki, “Android” qurğusu üçün olan bəzi tətbiqetmələr hər 3-cü dəqiqədə istifadəçinin hərəkətlərini izləyir. Mütəxəssislər qeyd edir ki, əgər istifadəçinin gizliliklə bağlı şübhələri yaranmağa başlayıbsa, o, mobil qurğusunun gizlilik sazlamalarından tətbiqetmələri məhdudlaşdıra bilər.
 
 
SEYMUR
 



Baxış sayı: 669

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024