12px13px15px17px
Tarix:07/04/15

“Software Testing”in əsasları üzrə təlim keçiriləcək

Bakıda aprelin 17-19-da “Software Testing”in əsaslarını əhatə edən tədris kursu keçiriləcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, kurs “Software Testing” professionalları üçün təməl bilgiləri ehtiva edir.

Kursu müvəffəqiyyətlə tamamlayanlar aşağıdakıları öyrənmiş olacaqlar:
  • “Software Testing” anlayışlarını, fundamental test proseslərini, test yanaşmalarını və test obyektlərinə dəstək prinsiplərini;
  • Müəyyən üsullardan istifadə edərək testləri dizayn etmək və prioritetləşdirmək;
  • Bütün test səviyyələrində kiçik və orta mürəkkəblikli sistemlərin funksional və qeyri-funksional spesifikasiyalarının analizi;
  • Razılaşdırılmış test planlarına əsasən testləri çalışdırmaq, testlərin nəticələrini analiz etmək və hesabat vermək;
  • Problemli hadisələr haqqında aydın və başadüşülən hesabatlar yazmaq;
  • Kiçik və orta ölçülü proyektlərin nəzərdən keçirilmə prosesində effektiv iştirak etmək.
Kursla bağlı əlavə məlumatı buradan əldə etmək olar.
 
Aynur Vəliyeva





Baxış sayı: 536

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024