12px13px15px17px
Tarix:08/04/15

Azərbaycan ali məktəbi İtaliya universiteti ilə “Skype” vasitəsilə konfrans keçirib

Azərbaycan Texniki Universitetində (AzTU) dünyada distant təhsil üzrə ən tanınmış universitetlərdən biri olan İtaliyanın Telematika Universiteti ilə “Skype” vasitəsilə “TEMPUS LMPH” layihəsi çərçivəsində onlayn konfrans keçirilib.

AzTU-dan verilən məlumata görə, onlayn rejimində fransız və ingilis dillərində aparılan konfransda İtaliya tərəfindən professor Nikola Piravatti çıxış edib.
 
Konfransda Azərbaycan Texniki Universitetində həyata keçirilən “Elektron universitet” layihəsi çərçivəsində distant təhsil mühazirələri keçirmək, elektron təhsil kontentləri hazırlamaq barəsində razılıq əldə olunub. Belə konfransların gələcəkdə “TEMPUS LMPH” layihəsində iştirak edən üç universitetin rektorları və professor-müəllim heyəti arasında aparılması və müvafiq strateji fəaliyyət planının hazırlanması nəzərdə tutulub.
 
Qeyd edək ki, Telematika Universitetinin rektorunun və N.Piravattinin may ayının 26-29-da Bakıya səfəri planlaşdırılır.
 
CAHANGİR
 



Baxış sayı: 1448

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024