12px13px15px17px
Tarix:09/04/15

“Facebook” messencerinin veb versiyasını istifadəyə verib

“Facebook” şirkəti messencerinin veb-versiyasını istifadəyə verib. İstifadəçi brauzerdən istifadə etməklə kompüterdə “Messenger” vasitəsi ilə də ünsiyyət qura bilər. Bütün mesajlar sinxronlaşacaq.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, martda keçirilmiş “F8” konfransında sosial şəbəkə “Messenger” layihəsi çərçivəsində xeyli dəyişikliklər təqdim edib.

Məlum olub ki, “Facebook” şirkətlərə öz messencerindən istifadəyə icazə verəcək. Birincisi, sosial şəbəkə öz messencerini kənar tərtibatçılar üçün açır. İndi tərtibatçılar messencerə yeni seçimlər, məsələn, foto və video yerləşdirilməsi imkanı əlavə edə biləcəklər. İkincisi, bu messencerin köməyi ilə şirkətlər öz müştəriləri ilə ünsiyyət saxlaya biləcəklər.

"Biz istifadəçi və şirkətlər arasında ünsiyyət üsulunu yenidən ixtira etmək istəyirik – sosial şəbəkənin vitse-prezidenti Devid Markus bildirib. Bir çox şirkətlər müştərilər üçün çat yaratmağa çalışıb, lakin onların hamısı kifayət qədər yaxşı deyil".

Emil Hüseynov
 



Baxış sayı: 590

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024