12px13px15px17px
Tarix:10/04/15

Bükük televizorlar bazarının həcmi ildə 100 faiz yüksələcək

“Transparency Market Research” analitik şirkəti qlobal bükük televizor bazarının ətraflı tədqiqatını hazırlayıb.


"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, 2013-cü ildə bükük ekranla təchiz edilmiş televizorların qlobal satış həcmi yalnız 140 milyon dollar təşkil edib. 2019-cu ildə bu göstərici 8,4 milyard dollaradək yüksələcək və sözügedən bazarın orta illik artım sürəti təxminən 100 faiz təşkil edəcək.

“Transparency Market Research” analitik şirkətinin mütəxəssisləri bildiriblər ki, bükük televizor bazarında intensiv rəqabət müşahidə olunur və nəticədə bu qurğulara tələbat artır.

2013-cü ildə bükük televizorların satışı üzrə ən böyük region Şimali Amerika olub. Yaxın illərdə vəziyyət dəyişə bilər, çünki Asiya-Sakit okean regionu getdikcə əsas oyunçuya çevrilir.

Emil Hüseynov
 




Baxış sayı: 641

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024