12px13px15px17px
Tarix:10/04/15

Bakıda “Avtobiznes üçün müasir həllər” mövzusunda seminar keçirilir

Bakıda "Microsoft Azerbaijan" və "Incadea" şirkətlərinin təşkilatçılığı ilə "Avtobiznes üçün müasir həllər" mövzusunda seminar keçirilir.
 
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, seminar avtodiler, satış və maliyyə menecerləri, xidmətin idarə olunması və müştəri xidmətləri nümayəndələri, həmçinin, biznesin rəhbərləri və sahibləri üçün təşkil olunub.
 
Seminar iştirakçılarına avtobiznes sahəsində "Incadea" şirkətinin "Microsoft"un yeni texnologiyalar üzərində hazırladığı və qısa bir vaxt ərzində qənaətli tətbiqinə zəmanət verən diler müəssisəsinin idarə edilməsi sistemi, avtomobil sahibləri ilə əlaqənin idarə olunması sistemi, biznes-analitika üçün tətbiq, mobil və bu kimi digər həllərin tətbiqinin nümunələri nümayiş olunacaq.
 
Tədbir çərçivəsində həmçinin "Office 365" xidməti haqqında ətraflı məlumat veriləcək.
Qeyd edək ki, "Incadea" şirkəti avtomobillərin topdan və pərakəndə satışı ilə məşğul olan müəssisələr üçün həllər və xidmətlərin aparıcı qlobal tədarükçüsüdür.
 
 
Aynur Vəliyeva 



Baxış sayı: 775

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024