12px13px15px17px
Tarix:10/04/15

Ən yaxşı proqramçılar hansı şəhərdə yaşayır?

Dünyanın ən istedadlı proqramçıları hansı şəhərdə yaşayırlar? İT dünyasını izləyən insanların əksəriyyəti bu, əlbəttə ki, "Silikon Vadisi"dir deyə cavab verəcək. "Business Insider" ("BI") nəşri tərəfindən keçirilmiş tədqiqat bu fikri təkzib edir.

"Business Insider" portalının keçirdiyi tədqiqatın məqsədi istedadlı proqramçıların hansı şəhərdə yaşamağa üstünlük verməsini araşdırmaq olub. "BI" nəşrində işləyən jurnalistlərin nəticəsinə əsasən, "Silikon Vadi"si istedadlı proqramçıların ən çox üstünlük verdiyi məkan deyil.

"ICTnews" elektron xəbər xidməti "3dnews.ru" saytına istinadən bildirir ki, proqramçılar arasında biliklərin paylaşımı üçün ən populyar platforma olan "Stack Overflow" saytının məlumatları tədqiqat üçün baza rolunda çıxış edib.

Məlum olub ki, London yüksəksəviyyəli proqramçılar arasında ən populyar daimi yaşayış yeridir. Böyük Britaniyanın paytaxtında yüksək reytinqə malik 394 proqramçı yaşayır. İkinci pillədə Nyu-York qərarlaşıb.

Emil Hüseynov
 




Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024