12px13px15px17px
Tarix:10/04/15

Qlobal fərdi kompüter bazarının həcmi sürətli templə azalır

“IDC” analitik şirkətinin məlumatına görə, 2015-ci ilin 1-ci rübündə fərdi kompüterlərin (FK) dünya bazarına tədarükü 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6.7 faiz azalaraq 68,5 milyon təşkil edib.

“Gartner” tədqiqat şirkətinin məlumatına əsasən, azalma 5,2 faiz təşkil edərək 71,7 milyon olub.

"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “IDC”-nin məlumatına əsasən, 2014-cü ilin dördüncü rübündə tədarük həcminin azalması 2,4 faiz təşkil edib. Bütövlükdə 2014-cü il üzrə 2,1 faiz azalıb.

Analitiklər bildirib ki, 2015-ci ilin birinci rübündə vəziyyətin pisləşməsi təşkilatlarda kompüter parkının yenilənməsi üzrə layihələrin sayının azalması, valyuta məzənnəsinin dəyişməsinə görə bir sıra regionlarda tələbatın azalması ilə bağlıdır.

“Gartner” şirkətinin tədqiqatına əsasən, 2015-ci ilin birinci rübündə yalnız masaüstü fərdi kompüterlərin tədarükü azalıb, halbuki “Windows” ilə işləyən noutbuk, hibrid və planşetlərin tədarükü yüksəlib.
Tədarük həcminə görə ilk üçlükdə aşağıdakı şirkətlər qərarlaşıb: “Lenovo”, “HP” və “Dell”.

Emil Hüseynov



Baxış sayı: 742

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024