12px13px15px17px
Tarix:10/04/15

Azərbaycanda quraşdırılan avtomat meteoroloji stansiyaların sayı 30-u ötüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti cari ilin əvvəlində müşahidə sistemlərinin avtomatlaşdırılması və modernləşdirilməsi işlərini həyata keçirib.
 
Nazirlikdən verilən məlumata görə, Şəki Regional Hidrometeoroloji Stansiyasının (RHM) Balakən Hidrometeoroloji Stansiyasında, Abşeron Regional Hidrometeoroloji Stansiyasının isə Səngi-Muğan Dəniz Hidrometeoroloji Stansiyasında “WXT-520” Transmitter tipli avtomat meteoroloji stansiyalar quraşdırılaraq avtomat meteoroloji stansiyaların sayı 32-yə çatdırılıb. Qeyd edək ki, Şəki RHM-in tabeliyində olan Balakən HMS 2015-ci ilin yanvar ayından fəaliyyətə başlayaraq plan-proqram üzrə əsas meteoroloji müşahidələr aparıb.
 
Bakı Dərin Özüllər Zavodu Avtomat Meteoroloji Stansiyası “MAWS-301” tipli Avtomat Meteoroloji Stansiya ilə təmin olunub və müşahidələr müasir texnologiya əsasında aparılıb. Avtomat Meteoroloji Stansiyaya meteoməlumatların məsafədən çəkilməsində istifadə olunan “SİEMENS” tipli GSM modem quraşdırılıb, proqram təminatına yeni konfiqurasiya faylı yüklənərək məlumatların məsafədən çəkilməsi təmin edilib.
 
CAHANGİR
 



Baxış sayı: 819

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024