12px13px15px17px
Tarix:10/04/15

Martda Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrinə daxil edilən məlumatların sayı artıb

Aprelin 1-dək bütün qurumlar üzrə Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemləri dövlət reyestrlərinə daxil edilən məlumatların sayı ümumilikdə 238 ədəd olub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu rəqəm “Elektron hökumət” bülleteninin aprel buraxılışında qeyd olunub.
 
Məlumatlardan 79-u  Dövlət İnformasiya Ehtiyatlarının, 159-u Fərdi Məlumatların İnformasiya Sistemlərinin payına düşür.
 
Mart ayında Dövlət İnformasiya Ehtiyatları Reyestrinə daxil edilən məlumatların sayında dəyişiklik olmayıb, Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrinə isə 1 məlumat daxil olunub. 
 
Xatırladaq ki, dövlət reyestrləri “Elektron hökumət” sisteminin tərkib hissəsi hesab olunur və bu, “Elektron hökumət portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Prezidentinin 5 fevral 2013-cü il tarixli Fərmanında da öz əksini tapıb.


Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181-4-cü maddəsinə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək cərimə tətbiq edilir.
 
CAHANGİR



Baxış sayı: 650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024