12px13px15px17px
Tarix:08/09/11

"AzeriCard" SMS xəbərdarlıq xidmətində olan texniki nasazlıqları aradan qaldırdı

Azərbaycan Beynəlxalq Bankının 100 faiz mülkiyyətində olan "AzeriCard" prosessinq mərkəzi SMS xəbərdarlıq xidmətində olan texniki nasazlıqları aradan qaldırıb.

Mobilbank xidmətinin tərkib hissəsi olan SMS xəbərdarlıq xidməti bank kartlarının sahiblərini kartla aparılan əməliyyatlar haqqında SMS vasitəsilə xəbərdar etməkdən ibarətdir.

Bundan sonra SMS xəbərdarlıqlar 070 271 11 11 nömrəsindən deyil, əvvəlki kimi, "AzeriCard"dan gələcək.

Xidmət bankomat şəbəkəsi vasitəsilə həyata keçirilir. Bank kartlarının sahibləri əməliyyatların aparılma yeri və vaxtından asılı olmayaraq SMS xəbərdarlıq alır. Bu xitmət ölkənin hər üç GSM operatoruna aiddir.



Baxış sayı: 2133

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024