12px13px15px17px
Tarix:11/04/15

“Google” internetdə tənqid olunan həkimi müdafiə edəcək

Yaponiyanın Tiba Şəhər Dairə Məhkəməsi “Google” şirkətinin “Maps” kartoqrafiya xidmətində yerli tibb klinikasının ünvanına yazılan iki anonim şərhin silinməsi barədə qərar çıxarıb.
 
“Maps” xidməti istifadəçilərə şirkət və müəssisələrin fəaliyyəti ilə bağlı rəylər yazmağa imkan verir. Anonim şərh müəllifləri tərəfindən işi tənqid edilən həkim məhkəmə dinləmələrində ünvanına səsləndirilən ittihamları rədd edib. Məhkəmə iddiaçının xeyrinə qərar çıxararaq rəyləri böhtan adlandırıb.
 
Şirkət nümayəndəsi bildirib ki, internet nəhəngi Yaponiya məhkəməsinin qərarına cavab vermək üçün bütün mümkün variantları nəzərdən keçirir. Onun sözlərinə görə, şirkət şərhlərdə istifadəçilərin tənqidlərinə cavab vermək imkanı olsa da, “Google” yalnız servisin qaydalarına ziddiyyət təşkil edən rəyləri silə bilər. Bu halda isə istifadəçilər tərəfindən qaydalar pozulmayıb.
 
“Google” məhkəmənin qərarını yerinə yetirməsə, 300 min yen (2500 dollar) məbləğində cərimə olunacaq.
 
Məlumat üçün bildirək ki, “Google” ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda “Google” dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.   
 
“Google” axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar “YouTube” videohostinqinin sahibidir, “Gmail” poçt servisi və “Google+” sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır, - “Lenta” yazır.  



Baxış sayı: 676

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024