12px13px15px17px
Tarix:11/04/15

Martda telefon nömrəsi üzrə axtarış sistemindən istifadə sayı 71 mini keçib

“Elektron hökumət” portalı üzərindən göstərilən elektron xidmətlərdən istifadə üzrə aylıq statistikaya görə, ənənəvi olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) bir neçə e-xidməti ən çox istifadə olunan xidmətlər sırasında yer alır.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu e-xidmətlərdən biri də RYTN-in “Telefon nömrəsi üzrə axtarış” xidmətidir. Mart ayında sözügedən xidmətdən 71 101 dəfə istifadə edilib. Xidmət ölkə üzrə ən çox istifadə olunan elektron xidmətlər sırasında 3-cü yerdə qərarlaşıb.
 
 
Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.
 

Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Sözügedən e-xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir.
 
 
CAHANGİR



Baxış sayı: 776

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024