12px13px15px17px
Tarix:13/04/15

“Gartner”: “Köhnəlmiş texnologiyalar dövlət təşkilatlarında İT-nin inkişafına mane olur”

"Gartner" şirkəti analitiklərinin qənaətinə görə, dövlət təşkilatlarında çalışan informasiya xidmətləri rəhbərləri öz fəaliyyətlərində prioritet istiqamətlərə yenidən baxmalıdırlar.

Diqqəti köhnəlmiş texnologiyaların yaratdığı məhdudiyyətlərin aradan qaldırılmasına yönəltmək əvəzinə, ilk növbədə sadə vətəndaşların dövlət müəssisə sistemləri ilə necə əlaqə qurması nəzərdən keçirilməlidir.
 
 
Bildirilir ki, köhnəlmiş sistemlərin modernləşdirilməsi dövlət təşkilatlarında çalışan informasiya xidmətləri rəhbərlərinin qeyd etdiyi beş vacib istiqamətdən biridir. Lakin bunun üçün vasitələr tapmaq heç də asan olmayacaq. Federal və milli səviyyəli müəssisələrdə rəyi soruşulanların 30 faizi büdcənin azalmasını gözləyir.   
 
 
Sorğuda birinci və ikinci yeri İT infrastrukturu problemləri və məlumat və biznes analitikası texnologiyaları tutub. Həmçinin "bulud" və mobil həllərin mənimsənilməsinə böyük diqqət yetirilir. Lakin analitiklərin fikrincə, dövlət müəssisələrinin İT xidmətlərinin infrastruktur operatorları kimi rolu tədricən azalaraq onlara "bulud" xidmətləri göstərən özəl şirkətlərə keçəcək, - "Computerworld" yazır.



Baxış sayı: 508

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024