12px13px15px17px
Tarix:14/04/15

İlk Avropa Oyunlarının son yayım tərəfdaşı müəyyənləşib

Avstraliyanın “Seven Network” televiziya kanalı ilk Avropa Oyunlarının son yayım tərəfdaşı oldu.

Belə ki, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) birinci Avropa Oyunlarını nümayiş etdirmək üçün Avstraliyanın Olimpiya Oyunları teleyayımçısı “Seven Network” kanalı ilə müqavilə imzalayıb. “Seven Network” Avstraliyanın ödənişsiz teleyayım üzrə aparıcı, eyni zamanda 2007-ci ildən bəri ölkəsinin ən reytinqli televiziya kanalıdır.
 
Təşkilat Komitəsindən qeyd edilib ki, kanal ilk Avropa Oyunlarının ölkə üzrə 8.4 milyon evə gündəlik yayımını öhdəsinə götürüb. “Seven Network” kanalı ilə bağlanmış müqavilə Avropa teleyayımçıları ilə yanaşı, Amerika Birləşmiş Ştatları, Kanada, Hindistan, Çin və ərəb dünyası ölkələri ilə imzalanmış müqavilələr sayəsində dünyanın dörd bir yanında Birinci Avropa Oyunlarının daha çox tamaşaçı kütləsi tərəfindən izlənilməsini təmin edir.
 
 
BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Seven Network” kanalının olimpiya oyunlarının nüfuzlu teleyayımçısı olduğunu bildirib: “Bu kanalın ilk Avropa Oyunlarının teleyayımını öhdəsinə götürməsi “Bakı-2015”-in beynəlxalq idman tarixinə mühüm töhfə olduğunu bir daha təsdiq edir. Bu sazişlə “Bakı-2015” Birinci Avropa Oyunları bağlanmış yayım müqavilələrinin sayını 57-yə çatdırdı”.
 
 
“Seven Network” kanalının idman şöbəsinin direktoru Sol Ştayn da yayımla bağlı fikirlərini paylaşıb: “Bizim vəzifəmiz mötəbər idman tədbirlərini tamaşaçılarımıza təqdim etməkdir. Birinci Avropa Oyunlarının, uzunmüddətli teleyayımını həyata keçirdiyimiz Olimpiya Oyunları və ilk dəfə ödənişsiz yayımını təşkil etmək üçün müqavilə imzaladığımız Paralimpiya Oyunları ilə mükəmməl uyğunluq təşkil etdiyini düşünürük”.
 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024