12px13px15px17px
Tarix:14/04/15

“Google” uzunmüddətli batareya üzərində işləyir

“Google” şirkətinin tədqiqat bölməsi smartfon, planşet və başqa yığcam elektronikanın avtonom iş vaxtını xeyli artıracaq innovasiyalı batareyanın hazırlanması ilə məşğuldur.

“Google X” laboratoriyasında işləyən kiçik qrup müasir litium-ion akkumulyatorlarına alternativ axtarışı ilə məşğuldurlar. 4 nəfərdən ibarət komandaya “Apple”ın keçmiş əməkdaşı Rameş Bxardvac rəhbərlik edir.
 
“The Wall Street” nəşri yazır ki, Bxardvac və onun tabeliyində olanlar 2012-ci ilin sonunda “Google”un qurğularında kənar batareyaları sınaqdan keçirməyə başlayıblar. Təxminən bir il sonra onlar başa düşüblər ki, internet-axtarış sistemi akkumulyator texnologiyasını müstəqil hazırlaya bilər. Ekspert bildirib ki, onun şirkətində təxminən 20 belə layihə mövcuddur. Məsələn, özü hərəkət edən "quqlmobil" elektriklə işləyir, “Google Glass” smart eynəyində kiçik batareya istifadə olunur.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, cari ilin fevralında Bxardvac sahə üzrə konfransda çıxış edərkən bildirib ki, gələcəkdə sərtgövdəli, nazik plyonkalı akkumulyatorlardan istifadə olunacaq.
 
Belə akkumulyatorlar, məsələn, bükük mobil qurğulara, daşınan elektronikaya quraşdırıla və hətta insan bədəninə implantasiya edilə bilər.
 
Emil Hüseynov



Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024