12px13px15px17px
Tarix:14/04/15

"Google"-un Malayziya servisi hakerlər tərəfindən hücuma məruz qalıb

Bir müddət öncə "Google" şirkətinin Malayziyadakı veb saytı  sındırılıb və internet istifadəçiləri sayta daxil olduqda avtomatik "Google Malaysia Hacked by Tiger-Mate #Bangladeshi Hacker" yazılı səhifəyə keçid alıblar.
 
“ICTnews” xəbər xidmətinin "Reuters"ə istinadən verdiyi məlumata əsasən, "Google" şirkətinin Malayziya nümayəndəsi bildirib ki, şirkət domen adları idarə edən “MYNİC” adlı təşkilata problemin həll edilməsini tapşırıb.
Məlumat üçün bildirək ki, “MYNİC” ölkənin Multimedia və Kommunikasiya  Nazirliyi  tərəfindən idarə olunur və şirkətin  veb saytı da daxil olmaqla bütün ".my" domeni üzərindən işləyən veb saytların administratorudur.
 
Aynur Vəliyeva



Baxış sayı: 535

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024