12px13px15px17px
Tarix:15/04/15

Pentaqon kibermüharibələrə hazır deyil

Birləşmiş Ştatlar dünya miqyasında kibermüharibələrin aparılmasına hazır deyil. Bu barədə ABŞ Müdafiə Nazirliyinin kibertəhlükəsizlik üzrə baş müşaviri Erik Rozenbah bildirib.
 
Senatorların suallarını cavablandıran müşavirin sözlərinə görə, Pentaqonun kiberəməliyyatların effektiv aparılması üçün kifayət qədər gücü yoxdur. Eyni zamanda hərbi qurumun nümayəndəsi qeyd edib ki, ABŞ haker hücumlarını dəf etməyə qadirdir. O, Pentaqonun kibertəhlükəsizlik sahəsində texniki və kadr problemləri ilə rastlaşdığını da əlavə edib.
 
Pentaqon rəhbəri Eşton Karter E.Rozenbahın çıxışından sonra lazım olacağı halda kibertəhdidlərlə mübarizənin maliyyələşdirilməsi üçün böyük vəsaitlər ayrılacağını bəyan edib. E.Karter vurğulayıb ki, ABŞ Müdafiə Nazirliyi ictimaiyyətə gələn həftə açıqlanacaq yeni kiberstrategiya hazırlayır, - "Lenta yazır.



Baxış sayı: 603

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024