12px13px15px17px
Tarix:15/04/15

Sinqapur "Şəbəkə hazırlığı indeksi" üzrə birincidir

Dünya İqtisadi Forumu ("World Economic Forum") tərəfindən hazırlanmış "Qlobal informasiya texnologiyaları hesabatı" ("The Global Information Technology Report") adlı illik hesabatda göstərilir ki, ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən "Şəbəkə hazırlığı indeksi" ("The Networked Readiness Index - NRI") göstəricisinə görə ilk onluqda Sinqapur, Finlandiya, İsveç, Hollandiya, Norveç, İsveçrə, ABŞ, Böyük Britaniya, Lüksemburq və Yaponiya yer alıb.
 
"NRI indeksi ( 2001-ci ildən) əlçatan statistik məlumatlar və şirkətlərin direktorları arasında keçirilmiş sorğunun nəticələri əsasında tərtib edilir.
 
Dünya İqtisadi Forumunun məlumatına əsasən, yekun hesabatın tərtibi zamanı 13 mindən çox şirkət direktorunun rəyi öyrənilib. "NRI" bu və ya digər ölkə iqtisadiyyatının İKT-dən maksimal səmərəli istifadə hazırlığının qiymətləndirilməsi əsasında hesablanır. "NRI"-nin tərtibi zamanı ümumilikdə 53 göstərici nəzərə alınır.
 
Emil Hüseynov
 




Baxış sayı: 792

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024