12px13px15px17px
Tarix:15/04/15

Dünyada əməkçi miqrantların pulköçürmələrinin artımı zəifləyəcək

2015-ci ildə dünyada əməkçi miqrantların vətənlərinə göndərdikləri pulköçürmələrinin artım həcmi xeyli zəifləyəcək. Dünya Bankının proqnozuna görə, bu il artım tempi 2008-2009-cu illərdən bəri minimal səviyyədə olmaqla 1 faiz təşkil edəcək.
 
Bildirilir ki, 2015-ci ildə miqrantların inkişaf etməkdə olan ölkələrə rəsmi pulköçürmələri 0,9 faiz yüksələrək 440 milyard dollar olacaq. İnkişaf etmiş ölkələr daxil olmaqla göndərilən pul vəsaitlərinin ümumi həcmi 0,4 faiz - 586 milyard dollaradək artacaq. Analitiklərin fikrincə, buna səbəb Avropada zəif iqtisadi artım olacaq.
 
Dünyada 200 dollar məbləğində köçürmələr üçün faiz dərəcəsi 8 faiz olaraq qalır. Köçürmələr üçün mobil əlavələr bu səviyyəni aşağı sala bilər. Dünya Bankının məlumatına görə, lakin indiyədək vəsaitlərin yalnız 2 faizi mobil servislər vasitəsilə göndərilir.
 
Proqnozlara görə, artıq 2016-cı ildə dünyada pulköçürmələrinin artım tempi 4,1 faizədək, köçürmələrin həcmi 610 milyard dollaradək, 2017-ci ildə bu göstərici 636 milyard dollaradək artacaq.
 
Bu il əməkçi miqrantlar tərəfindən pulköçürmələrinin göndəriləcəyi əsas ölkələr ABŞ, Səudiyyə Ərəbistanı, Almaniya, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri olaraq qalacaq. Öz növbəsində köçürmələri alan ənənəvi ölkələr Hindistan, Çin, Filippin, Meksika və Nigeriyadır. Dünya Bankı analitiklərinin proqnozuna görə, cari ildə dünyada əməkçi miqrantların sayı 250 milyon nəfəri ötəcək, - "Payspacemagazine” yazır.



Baxış sayı: 904

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024