12px13px15px17px
Tarix:15/04/15

“NETTY 2015” mükafatında iştirak üçün ərizələrin qəbulu yekunlaşır

“NETTY 2015” mükafatında iştirak üçün ərizələrin qəbulu yekunlaşır. Müsabiqədə iştirak üçün ərizələrin qəbuluna  bir həftə qalıb. Belə ki, ərizələrin qəbulu aprelin 24-dək mümkün olacaq. Aprelin 25-dən sonra nominantların seçimi başlayır. Məlumat üçün bildirək ki, yalnız Ekspert Şurasının nümayəndələri və səsvermədən əvvəl “Virtual Jüri” qismində qeydiyyatdan keçmiş şəxslər müsabiqədə saytlar üzrə səs verə bilərlər.

Təşkilat Komitəsindən verilən məlumata görə, müsabiqənin qalibləri milli İnternetin tarixinə düşəcək, öz layihələrinə diqqət cəlb edəcəklər.

“Həmçinin “NETTY 2015” partnyorları müsabiqənin qaliblərinə müəyyən hədiyyələr təqdim edəcək. Ölkənin aparıcı kabel və internet operatoru KATV1 partnyorluq çərçivəsində müsabiqənin bütün qaliblərinə operatordan İnternet televiziyasına baxmaq üçün ən yeni resiverlər hədiyyə veriləcək və şirkətin xidmətlərinə qoşulmaq imkanı təqdim ediləcək. Bundan başqa, domen qeydiyyatçısı və hostinq-provayder “smarthost.az” mükafatın hər bir qalibinə pulsuz olaraq hostinq-paket və “AZ” zonasında domenin qeydiyyatını hədiyyə edəcək. Eyni zamanda, müsabiqənin bütün qalibləri mükafatın  informasiya partnyoru olan “Infocity” jurnalından pulsuz illik abunə qazanacaqlar”-deyə Təşkilat Komitəsindən məlumat verilib.

Xatırladaq ki, final mərasimində iştirak etmək üçün mükafatın bütün nominantları dəvət olunacaqlar. Hər nominasiya üzrə qalib Akademiya tərəfindən müəyyən olunacaq və mükafatlandırma mərasimində elan olunacaq. 

Cari ildə müsabiqə Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin  hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqənin baş partnyoru KATV1, partnyorları “Tabasko Branding Bureau”,  “BakuTel” sərgisi, “SmartHost” şirkətidir.

“NETTY” Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın ilk peşəkar mükafatıdır.
 
 



Baxış sayı: 694

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024