12px13px15px17px
Tarix:16/04/15

Bir ayda 5 mindən çox sığortaedən uçot nömrəsini elektron qaydada əldə edib

Mart ayında "Elektron hökumət" portalı üzərindən ən çox istifadə olunan 20 elektron xidmət sırasında Dövlət Sosial Müdafiə Fondunun "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi" xidməti də yer alıb.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, vətəndaşlar adıçəkilən e-xidmətdən 5402 dəfə faydalanıb.
 
Xidmət hüquqi, fiziki şəxslərin, torpaq mülkiyyətçilərinin öz uçot nömrələri barədə məlumatı dərhal, maneəsiz əldə etməyə imkan verir. Sözügedən xidmət portalın "Qeydiyyatsız xidmətlər" bölməsində yerləşdirilib.
 
Müraciət edən hüquqi və fiziki şəxs yalnız öz VÖEN-ini, torpaq pay mülkiyyətçisi isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriya və nömrəsini daxil etməklə sığortaedənin uçot nömrəsini (SUN) dərhal öyrənə bilər.
 
Qeyd edək ki, "SUN" sığortaedənin elektron xidmətlərdən istifadəsi üçün tələb olunan əsas göstəricilərdən biridir. Bu nömrəni sığortaedən əldə etməklə hesabatlarını elektron qaydada göndərmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək və digər elektron xidmətlərdən istifadə etmək imkanını qazanır.
 
CAHANGİR



Baxış sayı: 593

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024