12px13px15px17px
Tarix:17/04/15

CAR-da robot kanalizasiya borularını yoxlayır

Cənubi Afrika Respublikasında (CAR) robot kanalizasiya borularını yoxlamağa başlayıb. Yerli mətbuatın məlumatına görə, məmulat artıq paytaxt Keyptaun mənzil-kommunal təsərrüfatının sərəncamına verilib.
 
Qurğu operatorun gözü rolunu oyanacaq və tıxanma, çat, uçqun və digər maneələri tapmaqla məşğul olacaq. Çəkisi on kq olan təkərli robot videokamera ilə təchiz edilib. Robot kanalizasiya sisteminə adi lyukdan düşür. Küçədə idarəetmə pultu arxasında oturan operator robotu irəliyə və arxaya hərəkətə gətirə, kameranı öz oxu ətrafında döndərə və işığı lazımi yerə yönəldə bilir. Onun qarşısında böyük ekranda təsvir və məlumatlar, o cümlədən vaxt, tarix, boru üzrə məsafə, onun əyilməsi və robotun hərəkət sürəti göstərilir.
 
Keyptaunda kanalizasiya boruları yerin 1-12 metrliyində yerləşir. Onların diametri bəzən 15 santimetr təşkil edir. Robot bütün diametrli boruları yoxlaya bilir. 
 
“Robot kanalizasiyanı yoxlayaraq bizə onun vəziyyəti barədə məlumat verir. Biz borunun partlamasını gözləmədən nasazlıqları dərhal aradan qaldıra bilirik”, - mənzil-kommunal təsərrüfatı departamentinin əməkdaşı Ernest Sonnenberq bildirib.  
 
Paytaxt CAR-da ehtiyat hissələri İsveç və Almaniyadan tədarük edilərək robotun yığılmasına görə 200 min dollar ödəyib. Bu il şəhər daha üç robot almağı planlaşdırır, - “TASS” yazır.



Baxış sayı: 548

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024