12px13px15px17px
Tarix:17/04/15

“Elektron bankçılıq - mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda seminar keçirilib

Mərkəzi Bank tərəfindən (MB) “Bilik mübadiləsi” layihəsi çərçivəsində ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir. Növbəti belə bir tədbir Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün “Elektron bankçılıq: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda təşkil edilib.
 
 
Seminarın keçirilməsində məqsəd bu sahədə ali təhsil müəssisələrinin tələbələrinin maarifləndirilməsi və elektron bankçılıq xidmətlərindən istifadənin təşviq edilməsindən ibarətdir. Bankdan qeyd edilib ki, tədbir zamanı seminar iştirakçılarına elektron bankçılıq xidmətlərinin üstünlükləri, inkişaf istiqamətləri, bu sahədə mövcud vəziyyət və mütərəqqi beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib, həmçinin mövzu üzrə suallar cavablandırılıb.
 
 
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən ölkə iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların əsas məqsədlərinə ictimaiyyətin müasir elektron ödəniş alətlərinin üstünlükləri və imkanları barəsində maarifləndirilməsi və alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda kartlardan istifadənin miqyasının genişləndirilməsi üçün geniş təbliğat kampaniyasının həyata keçirilməsi də daxildir.
 
Cəmiyyətdə yüksək ödəniş mədəniyyətinin formalaşdırılması, əhaliyə elektron ödəniş xidmətlərindən və nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin aşılanması, ödəniş kartlarının üstünlükləri və imkanları, habelə kredit təşkilatlarının, pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrinin və kart sahiblərinin hüquq və öhdəlikləri haqqında ictimaiyyətə daha ətraflı məlumatın təqdim edilməsi silsilə tədbirlərin əsas məqsədlərindəndir.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024