12px13px15px17px
Tarix:17/04/15

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı: “İnternet musiqi üçün qlobal məkan yaradıb”

Ümumdünya Əqli Mülkiyyət Günü ərəfəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru  Frensis Qarri müraciətində rəqəmli texnologiya və internetə minnətdarlığını ifadə edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müraciətində Frensis Qarri 2015-ci ildə – “Qalx, ayağa dur. Musiqi üçün” şüarı altında bu günün qeyd edildiyini bildirib.
 
“Musiqi ətrafımızda baş verən qeyri-adi inqilabın bir hissəsidir, elə inqilabın ki, yaradıcılıq işlərinin yaradılması, yayılması və istifadəsi metodlarını əsaslı olaraq dəyişdirir. 
Rəqəmli texnologiyaya və İnternetə minnətdarlığımızı bildiririk ki, biz indi əvvəlkinə nisbətən musiqiyə daha çox əlçatımlığa nail olmuşuq. İnternet musiqi üçün qlobal məkan yaradıb. Bu, dünyanın bütün musiqisevərləri üçün çox müsbət haldır”, - deyə o qeyd edib. 

F. Qarri bildirib ki, biz əmin olmalıyıq ki, yeni rəqəmsal iqtisadiyyat yaradıcılarını və ifaçıları nəzərdən qaçırmamışıq. O, bu yeni sistemlərdə onların əməyinə kifayət qədər dəyər verilməsinin çox mühüm məsələ olduğunu qeyd edib.

“Mədəniyyətin dinamik inkişafı üçün müəlliflərin, bəstəkarların, nəğməkar şairlərin və ifaçıların layiqli yaşamasını təmin etmək üçün yaratdıqları musiqili əsərlərin müqabilində gəlir götürmələri əsas məsələdir. Onlar olmasalar, bizim də musiqimiz olmaz. 

Beynəlxalq Əqli Mülkiyyət Günü üçün mənim müraciətim budur – musiqini adi qəbul etməyin; onu dəyərləndirin. Bu gün “musiqi üçün qalxmaq, ayağa durmaq” günüdür - musiqiçilərimizə ədalətli münasibəti, onların yaradıcılıqlarının və həyatımıza verdikləri unikal töhfənin dəyərləndirilməsini təmin etməliyik”, - deyə Frensis Qarri ictimaiyyətə müraciət edib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 653

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024