12px13px15px17px
Tarix:18/04/15

2019-cu ildə dünyada “Wi-Fi” şəbəkəsini dəstəkləyən qurğuların tədarükü 3,75 milyard ədədə çatacaq

Tayvanın "Intelligence & Consulting Institute" (MIC) tədqiqat institutunun proqnozuna görə, smartfonlara yüksək tələbat və "Əşyaların interneti" sektorunun inkişafı sayəsində yaxın illərdə "Wi-Fi" simsiz rabitə şəbəkəsini dəstəkləyən qurğuların tədarük həcmi artmaqda davam edəcək.
 
Ekspertlərin məlumatına görə, 2014-cü ildə dünyada ümumilikdə internetə "Wi-Fi" vasitəsilə qoşulmağa imkan verən 2,27 milyard müxtəlif qurğu buraxılıb. 2013-cü illə müqayisədə bu göstərici 18 faiz artıb.
 
2015-ci ildə belə qurğuların tədarük həcminin daha 15,7 faiz artaraq 2,62 milyard ədədə çatacağı gözlənilir.
 
Lakin 2019-cu ildə proses 7,3 faizədək zəifləsə də, bununla dayanmayacaq. Ekspertlərin hesablamasına görə, cari beşillikdə (2014-2019) "Wi-Fi" modulları ilə təchiz edilən qurğuların dünya bazarında ortaillik artım tempi 10,6 faiz səviyyəsində olacaq. Proqnozlaşdırılan dövrün sonuna bu bazarın həcminin natural ifadədə 3,75 milyard ədədə çatacağı gözlənilir.  
 
Bir müddət əvvəl "Strategy Analytics" analitik şirkəti tərəfindən aparılan tədqiqatda qeyd olunub ki, 2014-cü ildə dünyada 450 milyon ev təsərrüfatı "Wi-Fi" şəbəkəsinə qoşulub ki, bu da 2013-cü ilin göstəricisindən 5 faiz çoxdur. Texnologiyanın daha çox Niderlandda yayılması müşahidə olunur. Bu ölkədə ailələrin 80,4 faizi "Wi-Fi"-dan istifadə edir. Simsiz ev şəbəkələrinin nüfuzetmə səviyyəsinə görə liderlər üçlüyünə həmçinin Cənubi Koreya (76,4 faiz) və Norveç (76,2 faiz) daxildir, - "DailyComm" yazır.   
 



Baxış sayı: 568

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024