12px13px15px17px
Tarix:20/04/15

15 milyon amerikalı “Apple Watch” satın almağı planlaşdırır

"Ipsos" tədqiqat təşkilatının hesabatına əsasən, amerikalıların təxminən 6 faizi "Apple Watch" smart saatı satın almağı planlaşdırır.
 
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, rəyi soruşulmuş qadınların təxminən 4, kişilərin isə 9 faizi "Apple" şirkətinin ilk daşınan kompüterini texnoloji cihazdan daha çox, dəb elementi hesab edirlər. 18-28 yaş aralığında kişilər "Apple Watch" smart saatına daha böyük maraq göstəriblər. Tədqiqatda 1829 amerikalı iştirak edib.
 
Proqnozlara əsasən, 2015-ci ildə "Apple Watch" smart saatlarının satış həcmi təxminən 10-32 milyon təşkil edəcək.
 
ABŞ-da aprelin 10-dan "Apple Watch" smart saatına ilkin sifariş əlçatandır. Bu qurğunun  dəyəri model və hazırlanma materialından asılı olaraq 349-17 min dollar arasında dəyişilir.
 
Emil Hüseynov
 



Baxış sayı: 522

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024