12px13px15px17px
Tarix:20/04/15

Naxçıvan MR-də hər yüz ailəyə düşən telefon aparatlarının sayı 72-yə çatıb

Cari ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında 883 ədəd yeni telefon sabit şəbəkəyə qoşulub, 1 aprel 2015-ci il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 72-yə çatıb.
 
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu məlumat 2015-ci ilin ilk rübündə  muxtar respublikanın sosial-iqtisadi inkişafına dair hesabatda yer alıb.
 
 
Hesabatda həmçinin qeyd olunub ki, bu müddətdə Babək rayonunun Qoşadizə kəndində 336, Culfa rayonunun Şurud kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyaları qurulub.
 
 
Babək rayonunda ümumi tutumu 1024 nömrə olan mərkəzi avtomat telefon stansiyası yeni rabitə evinə, Naxçıvan şəhərinin Qaraçuq kəndində avtomat telefon stansiyası isə yeni binaya köçürülüb.
 
 
CAHANGİR
 
 



Baxış sayı: 390

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2020

20 09 2020