12px13px15px17px
Tarix:20/04/15

Dünya liderləri ölkələrin internetdə davranış qaydalarını hazırlayacaq

Haaqada (Niderland) keçirilən kibertəhlükəsizlik məsələləri üzrə qlobal konfransda Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini ölkələrin ərazilərində olan şəbəkə infrastrukturunun digər dövlətlərə kiberhücumların edilməsi üçün istifadəsinə mane olmaqla bağlı qanunun qəbul edilməsi təklifi ilə çıxış edib.

Aİ nümayəndəsi həmçinin kiberhücumların həyata keçirilməsinin qadağan olunduğu vacib obyektlərin siyahısının tərtib edilməsinin zəruriliyini qeyd edib.
 
Konfransda 100-dən çox ölkədən 1,8 minə yaxın diplomat, hərbçi və informasiya təhlükəsizliyi mütəxəssisi iştirak edib. F.Mogerini və Niderland xarici işlər naziri Bert Kundersin fikrincə, “TV5 Monde” və “Sony Pictures” şirkətlərinə edilən kiberhücumlar, dünyanın bank və maliyyə infrastrukturunda baş verən təxribatlar onu göstərir ki, kiberkampaniyalar dövlətlər və qeyri-dövlət oyunçuları tərəfindən manipulyasiya və siyasi təzyiq alətinə çevrilib.
 
Öz növbəsində Qərb ölkələrinin nümayəndələri kiberkampaniyaların dövlətlərarası münaqişələrə səbəb olmasının qarşısının alınmasına yönələn mövcud etimad tədbirlərini möhkəmlətməyi və yenilərini işləyib hazırlamağı təklif ediblər. Avstraliya xarici işlər naziri Culiya Bişop və ABŞ Dövlət Departamentinin kibertəhlükəsizlik üzrə koordinatoru Kristofer Peynter bildiriblər ki, yeni qaydalar internetin milli seqmentlərə bölünməsinə gətirib çıxarmamalı və hüquqi qüvvəyə malik olmalıdır, - "SecurityLab yazır.
 




Baxış sayı: 556

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024