12px13px15px17px
Tarix:20/04/15

Hökumət Ödəniş Portalında stasionar telefon xidmətləri üzrə ödəyicilərin sayı 110267-yə çatıb

Hökumət Ödəniş Portalında (HÖP) stasionar telefon xidmətləri üzrə bölmələrin sayı 70, ödəyicilərin sayı isə 110267-dir.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN ) stasionar telefon xidmətləri göstərən “Bakı Telefon Rabitəsi” İB, “Aztelekom” İB və Məlumat Hesablama Mərkəzi 2014-cü ildə Hökumət Ödəniş Portalına inteqrasiya olunub. İstifadəçilər stasionar telefon xidmətləri üzrə ödənişlərini “Azərpoçt” MMC-nin və 42 bankın yaradılmış infrastruktura inteqrasiya olunmuş 1500-ə yaxın ödəniş məntəqəsində nağd formada və portalın internet resurslarından (www.gpp.az) istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada həyata keçirə bilirlər.
 
 
Qeyd edək ki, HÖP-in məqsədlərinə “Elektron hökumət” quruculuğunun inkişaf etdirilməsi istiqamətində dövlət orqanları tərəfindən göstərilən xidmətlər üzrə rüsumlara görə ödənişlərin real vaxt rejimində elektron formada qəbulunun təmin edilməsi; büdcə ödənişlərinin aparılması prosesinin sadələşdirilməsi; ölkə iqtisadiyyatında nağdsız ödənişlərin həcminin artırılması; kommunal və digər kütləvi xidmət müəssisələri üzrə ödənişlərin ən müasir ödəniş üsullarından istifadə edilməklə toplanması üçün infrastruktur imkanların yaradılması; bank və digər maliyyə qurumları arasında sağlam rəqabət mühitinin yaradılması daxildir.
 
Hökumət Ödəniş Portalının iştirakçıları HÖP ilə əməliyyatların aparılmasına dair Kollektiv Sazişə qoşulmuş dövlət orqanları, kommunal müəssisələr, rabitə müəssisələri banklar, “Azərpoçt” MMC və kart prossesinq mərkəzləridir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 557

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024