12px13px15px17px
Tarix:21/04/15

Aalto Universiteti Finlandiyanın ilk peykinin buraxılmasına dair saziş imzalayıb

Aalto Universiteti Finlandiyanın ilk peykinin buraxılmasına dair saziş imzalayıb. Bu barədə aparatın yaradıldığı ali məktəbin məlumatında deyilir.  
 
Artıq işə tam hazır olan “Aalto-1” peykinin cari ilin sonunda kosmosa göndərilməsi planlaşdırılır. Ölkə hökuməti tərəfindən peykdən növbəti beş ildə radioyayımın həyata keçirilməsinə icazə verilib.
 
Aparatın buraxılışına dair saziş Niderlandın "Innovative Solutions in Space” şirkəti ilə imzalanıb. “Falcon 9” raketdaşıyıcısı orbitə “Aalto-1” ilə birlikdə daha bir neçə nanopeyk çıxaracaq. Onların Yer üzərindən 600 km hündürlüyə qaldırılacağı nəzərdə tutulur. Bildirilir ki, bu barədə daha ətraflı informasiya yayda veriləcək. Universitetin elektromexanika fakültəsinin dekanı Keyo Nikoskinenin sözlərinə görə, hazırda komanda mayda “Aalto-1”-in sınaqlarını keçirməyə hazırlaşır.
 
Çəkisi dörd kiloqram təşkil edən Finlandiya peyki 2010-cu ildən universitetin 80 tələbəsi və gənc alimi tərəfindən yığılıb.  
 
Qeyd olunur ki, kosmosda iki il olacaq peykin başlıca vəzifələrindən biri Finlandiyanın bir sıra ən yeni texnologiyalarının sınaqdan keçirilməsidir. Onlar arasında Texnoloji Tədqiqatlar Mərkəzində (VTT) yaradılan Yerin yeni nəsil distansiyalı zondlaşdırılması spektral kamerası və bir sıra texnologiyalar var.
 
Bundan başqa, ali məktəbdə artıq “Aalto-2” peykinin hazırlanmasına başlanılıb. Plana görə, bu peyk kosmosa “Aalto-1”-dən dörd il sonra göndəriləcək, - “TASS” yazır.   



Baxış sayı: 696

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024