12px13px15px17px
Tarix:21/04/15

ADİU-da elektron kitabxananın təqdimatı keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) elektron kitabxananın təqdimat mərasimi keçirilib.
 
İnteraktiv formatda keçirilən tədbirdə sayt barəsində geniş informasiya çatdırılıb. “Library.asue.edu.az” domenində qurulan elektron kitabxananın saytında 5 dildə 2573 adda kitab təsvir olunub. Bazaya yerləşdirilən kitabların 402 ədədi yüklənə bilən “PDF” (danışabilər sənəd forması) formatındadır.
 
Zəngin resurslara malik saytda elektron mühazirələr, video-dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, müvəqqəti və daimi istifadəyə verilən məlumat bazalarına keçidlər (EBSCO Host), qəzet və jurnalların veb səhifələrinə keçidlər, fənlər üzrə işçi tədris proqramları (syllabus) yerləşdirilib.
 
Universitetdən qeyd edilib ki, saytın xidmətlər bölümündə tələbələrin istifadəsini optimallaşdıran 4 xidmət yaradılıb. Bunlar “kitab istəmə”, “rəy bildirmə”, kitabxana üzrə virtual tur, “elektron kitabxanaçı” xidmətləridir. Elektron kitabxanaçı müvafiq şəxs tərəfindən idarə olunur və iş saatları ərzində daxil olan müraciətləri operativ şəkildə cavablandırır. “Kitab istəmə” xidmətinin özəlliklərindən biri qeyri-iş vaxtlarında da istifadəçilərin  istəklərini  qeydə ala bilməsidir. Rəy bildirmə hissəsində istifadəçilər sayt və kitab barəsində öz rəylərini qeyd edə bilərlər.
 
Saytda, həmçinin milli və xarici kitabxanaların icazə verilən bazalarına daxil olmaq üçün şərait yaradılıb. Xarici kitabxanalardan Rusiya, Almaniya, Fransa, Avstraliya və  Böyük Britaniyanın Milli Kitabxanasına, ABŞ-ın Konqres Kitabxanasına keçidlər yerləşdirilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 398

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti