12px13px15px17px
Tarix:21/04/15

İnternet istifadəçilərinin sayına görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır

Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına  görə ümümdünya orta göstəricisini 18%, mobil abunəçilərin sayına görə isə 17.0%  üstələyir.
 
Bundan başqa, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 62-yə bərabərdir. Cari ilin birinci rübünün nəticələrinə əsasən, hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.
 
Respublikanın regionlarında rayon  mərkəzləri, şəhərlər və qəsəbələrlə  yanaşı, ucqar kənd  yaşayış  məntəqələrində  də  əhalinin yüksəkkeyfiyyətli  genişzolaqlı  internet  xidmətlərindən  istifadəsi  məqsədilə “Multimedia  xidmətlərinin  inkişafı” layihəsi  də işlənib  hazırlanıb və layihənin maliyyələşdirilməsi  üçün  “Amsterdam Trade Bank”dan  13,7 milyon avro  kredit  alınıb.
 
 Layihə üzrə müasir texnologiyaya əsaslanan stansiya və genişzolaqlı xidmət avadanlıqlarının satınalması üçün müvafiq şirkətlərlə müqavilələr bağlanılıb, avadanlıqlar sifariş verilib və artıq bir hissəsi təchiz edilib.
 
Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 64000 nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 98000 port tutumunun quraşdırılaraq istismara verilməsi nəzərdə tutulur.
 
 
Cari rüb ərzində “Bakinternet” internet xidmətinin qlobal internet şəbəkəsinə qoşulma surəti ilin əvvəlinə nisbətən 6,5 Gbit/s artırılaraq 46,5 Gbit/s-yə çatdırılıb və 2014-cü ildə qurulmuş yeni internet platformasına bütün “Bakinternet” istifadəçilərinin qoşulması təmin edilib.
 



Baxış sayı: 666

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024