12px13px15px17px
Tarix:21/04/15

Ölkə əhalisinin yaşadığı ərazilərin 99%-i açıq paketlə rəqəmli televiziya yayımı ilə təmin edilib

Hesabat dövründə respublika və regional TV və radio proqramlarının yayım əhatəsinin və keyfiyyətinin artırılması, kənar yayımların qarşısının alınması, rəqəmli TV proqramların regionlarda ötürülməsini təmin etmək, avadanlıqların normal iş rejiminin yaradılması məqsədilə müvafiq avadanlıqlar quraşdırılıb və zəruri tədbirlər görülüb.

Belə ki, yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 9 ədəd müxtəliftəyinatlı radio-televiziya avadanlıqları istismara verilib ki, bunlardan 4 ədədi DVB-T2 standartlı rəqəmli verici olub.

 Hazırda ölkə əhalisinin yaşadığı ərazi­lərin 99%-i açıq paketlə (10-11 TV proqram)  rəqəmli televiziya yayımı ilə təmin edilib.

2015-ci ilin birinci rübü ərzində 137 müəssisə və təşkilatda istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq aktlar tərtib olunub. Baxış zamanı dövlət qeydiyyatından keçməyən 43 ədəd REV aşkarlanıb, onlardan 5-i möhürlənib, qalanının isə qeydiyyata alınması üçün tədbirlər görülür. 18 hüquqi və fiziki şəxsə tezlik ayrılmış və 1546 ədəd yeni REV qeydiyyata alınıb.

Respublika ərazisində qonşu dövlətlərdən yayımlanan radio və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsini ölçmək məqsədilə 21 şəhər və rayon ərazisində radiomonitorinq işləri aparılıb. Ölkə ərazisini əhatə edən “Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin qurulması üzrə işlər davam etdirilib.



Baxış sayı: 941

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024