12px13px15px17px
Tarix:22/04/15

Beynəlxalq internet kanallarının ümumi tutumu 330 Gbit/s-yə çatdırılıb

Cari ilin birinci rübündə ölkəmizin tranzit qovşağa çevrilməsi məqsədilə Azərbaycan üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilib.
 
 Azərbaycanın beynəlxalq trafik mübadiləsinin alternativliyinin təmin edilməsi, həmçinin rabitənin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilmiş beynəlxalq tenderin nəticəsi olaraq İP əsaslı Beynəlxalq Kommutasiya Sisteminin quraşdırılması üzrə işlər həyata keçirilib. Beynəlxalq internet kanallarının ümumi tutumu ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 Gb/s artırılaraq 330 Gbit/s-yə çatdırılıb.
 
 2015-ci ilin I rübündə dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.1 mln. dəqiqə azalaraq 68.7 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 9.1 mln. dəqiqə azalaraq 24.0 mln. dəqiqə təşkil edib.
 
 
 



Baxış sayı: 589

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024