12px13px15px17px
Tarix:22/04/15

“Android” üçün yeni təhlükəli virus aşkarlanıb

"Doktor Veb" antivirus şirkəti "Android" mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu sahibləri üçün təhlükəli zərərli proqram aşkar edib.

"Android.Toorch.1.origin" adlı proqram istifadəçilər üçün gizlicə əlavələr quraşdıra və silə, eləcə də reklam daxil edə və yoluxdurulmuş qurğular haqqında ətraflı məlumatlar toplaya bilər.
 
"Android.Toorch.1.origin" fotoişıqlandırmanın (fənər funksiyası) daimi yandırılması üçün əlavədə gizlənir və populyar proqram təminatı sayt kataloqları vasitəsilə yayılır və smartfon və ya planşetə müxtəlif reklam modullarının köməyi ilə yüklənir.  
 
Heç nədən şübhələnməyən istifadəçi virusu quraşdırdıqdan sonra o, cinayətkarların serverinə qoşulur və ora yoluxdurulmuş qurğu barədə informasiya (cari vaxt və olduğu yer, IMEI identifikator, marşrutlayıcıya çıxış və s.) göndərir.
 
Həmçinin zərərli proqram istifadəçi bu və ya digər proqramı quraşdıran zaman yoluxdurulmuş qurğuların ekranında reklamın göstərilməsi üçün nəzərdə tutulan quraşdırılmış "Adware.Avazu.1.origin" reklam platformasını işə salır.
 
"Android.Toorch.1.origin" ilə mübarizə üçün "Doktor Veb" mütəxəssisləri xüsusi yardımçı kompüter proqramı (utility) yaradıblar, - "DailyComm" yazır. 



Baxış sayı: 433

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.