12px13px15px17px
Tarix:22/04/15

Türkiyə “Türksat 6A” peykinin tikintisinə başlayıb

Türkiyə ölkə ərazisində yaradılan ilk rabitə peyki olacaq “Türksat 6A” peykinin tikintisinə başlayıb.
 
“Peyk Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Türkiyə Aerokosmik Sənayesi Şirkəti, hərbi elektronika istehsalı ilə məşğul olan “ASELSAN” və "CTech” şirkətlərinin rəhbərliyi altında çalışan 354 mütəxəssisin iştirakı ilə hazırlanır və yığılır”, - “Anadolu” agentliyinə “TÜRKSAT” şirkətinin baş direktoru Ənsar Gül deyib.
 
“Kosmik aparatın beş ilə ərsəyə gətirilməsi, 2020-ci ildə isə kosmosa buraxılması nəzərdə tutulur”, - Ə.Gül qeyd edib.   
 
“Biz peykin hazırlanma və tikintisi prosesini diqqətlə izləyəcəyik. Layihənin dəyəri təxminən 548 milyon Türkiyə lirəsi (205 milyon dollar) təşkil edəcək”, - o əlavə edib. 
 
“Türksat 6A” 42º şərq uzunluğu orbital mövqeyinə çıxarılacaq. Orbitdə istismar müddəti 15 il təşkil edəcək peykin əhatə zonasına Türkiyə, Asiya və Avropanın bir sıra əraziləri daxil olacaq, - "Mediasat” yazır.



Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024