12px13px15px17px
Tarix:22/04/15

Son üç ayda regionlarda açılan iş yerlərinin bir hissəsi İKT sektorunun payına düşür

“Ötən 3 ayda iqtisadiyyatın informasiya-kommunikasiya texnologiyaları, sənaye, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil və digər sahələrdə mühüm uğurlar əldə edilib”.
 
Bu fikirləri YAP Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov söyləyib. O, təmsil etdiyi partiyanın rəsmi internet portalına aşıqlama verərək bildirib ki, sözügedən müddət ərzində 30 minə yaxın iş yeri açılıb, onlardan 25 mini daimidir. Onun sözlərinə görə, açılan iş yerlərinin bir qismi informasiya-kommunikasiya texnologiyaları sahəsinin payına düşür:
 
“2015-ci ilin ötən dövründə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub”. 
 
 
A.Hüseynov qeyd edib ki, 2015-ci ilin ötən dövründə əldə olunmuş uğurlu makroiqtisadi göstəricilər cari ildə ölkəmizin iqtisadiyyatında artımın davam edəcəyini nikbinliklə söyləməyə əsas verir:
 
 “Prezident İlham Əliyevin bəyan etdiyi kimi, 2015-ci ildə də inkişaf  davam edəcək, qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılacaq, biznesə dövlət dəstəyi və sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi davam etdiriləcək”.
 
 
 
SEYMUR
 



Baxış sayı: 562

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024