12px13px15px17px
Tarix:23/04/15

Vətəndaşların NƏZƏRİNƏ!

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun aprel ayının 24-ü saat 15:00-da Salyan rayonunda (Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
 
    Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
    Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.
 
Bunun üçün:

Salyan rayonunda 255-06-55
 
Neftçala rayonunda 263-30-09
 
Biləsuvar rayonunda 295-00-00
 
Cəbrayıl rayonunda 384-37-08
 
 
Nömrəli telefonlara zəng etmələri xahiş olunur.
 
 
 
 



Baxış sayı: 896

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024