12px13px15px17px
Tarix:23/04/15

İsveçrə poçtu bağlamaların çatdırılması üçün pilotsuz uçan aparatların sınaqlarını keçirir

Pilotsuz uçan aparatlardan istifadəni planlaşdıran ABŞ-ın "Amazon" internet mağazasının ardınca İsveçrə poçtu da müasir tendensiyaya qoşulmaq niyyətindədir.

Hazırda yeni çatdırılma üsulunun sınaqları ABŞ-da keçirilir, İsveçrə ərazisində isə sınaqlar cari ilin iyununa planlaşdırılır.
 
ABŞ-da sınaqlar "Swiss" yükdaşımaları şirkəti və Kaliforniyanın "Matternet" dron istehsalçısı ilə əməkdaşlıqda keçirilir. Məlumdur ki, seçilən dron modelləri ağır yükləri qaldıra bilməyəcəklər. Belə ki, onlar yalnız 20 km məsafəyədək çəkisi 1 kq olan bağlamaları çatdıra bilərlər.
 
"La Poste" poçt şirkətinin nümayəndəsi Bernhard Byurki bildirib ki, bu gün söhbət aparatların imkanlarından istifadənin qiymətləndirilməsindən və hüquqi bazanın öyrənilməsindən gedir.
 
2014-cü ilin avqustunda İsveçrə Federal Mülki Aviasiya İdarəsi (OFAC) pilotsuz uçan aparatlardan istifadəyə dair qaydalar tətbiq edib. Öz növbəsində "La Poste" aparatlardan istifadə ilə bağlı qəti qərara gəlməyib. Həmçinin konfederasiyanın poçt xidməti bu yeniliyin müştərilərin tələbatına uyğunluğunu qiymətləndirir.
 
Bununla yanaşı, İsveçrənin bir sıra mütəxəssisləri bağlamaların hava ilə çatdırılması imkanına mənfi yanaşır, - "Newsru" yazır.



Baxış sayı: 1235

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024