12px13px15px17px
Tarix:23/04/15

Kiçikölçülü “Intel Compute Stick” kompüteri satışa çıxarılıb

"Intel" korporasiyası cari ilin yanvarında keçirilmiş "CES 2015" sərgisində ilk dəfə nümayiş etdirilmiş "Compute Stick" kiçikölçülü kompüterin satışına başlayıb.
 
Bu qurğu görünüşcə adi fləş breloka oxşayır. Cihazı "HDMI" konnektoru vasitəsilə istənilən monitor və ya televizora qoşmaq olar.
 
"ICTnews" elektron xəbər xidməti "3dnews.ru" saytına istinadən bildirir ki, kompüterə "Bay Trail" nəslinə məxsus və enerjiyə qənaətcil "Atom" prosessoru quraşdırılıb. Əməli yaddaşın tutumu 2 QB təşkil edir.
Həmçinin "microSD" yaddaş kartı hesabına tutumu artırıla bilən 32 QB-lıq fləş yaddaş, "Wi-Fi 802.11n" və "Bluetooth" simsiz rabitə adapterləri, həmçinin enerji toplaması üçün "Micro-USB" portu ilə təchiz edilib.
 
Qurğunun dəyəri 150 ABŞ dolları təşkil edir.
 
Emil Hüseynov



Baxış sayı: 548

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024