12px13px15px17px
Tarix:25/04/15

Akif Əlizadə: “Qlobal informasiya cəmiyyətində informasiya və bilik əsas strateji məhsula, maddi sərvətlərin formalaşmasının əsas mənbəyinə çevrilir”

Hazırda bütün dünyada qlobal informasiya cəmiyyəti quruculuğu prosesi gedir. Qloballaşmanın əsas təzahürlərindən biri də budur ki, informasiya və bilik mübadiləsi asanlaşır və sürətlənir.

Vaxtilə dünyanın bir qitəsində baş verən elmi-texniki yeniliklərin digər bir qitəsinə gedib çıxması üçün onillikləri, bəzən yüzillikləri gözləmək lazım gəlirdi. Bu gün isə dünyanın bir nöqtəsində baş verən elmi-texniki yenilik bir göz qırpımında bütün dünyaya yayılır. Bu da bütün dünyada qlobal, sürətli inkişafın əsasını təşkil edir.

Eyni zamanda, qlobal informasiya cəmiyyətində informasiya və bilik əsas strateji məhsula, maddi sərvətlərin formalaşmasının əsas mənbəyinə çevrilir. Yeni iqtisadiyyatda innovasiyaların, yaradıcı əməyin, intellektual mülkiyyətin, informasiya məhsullarının rolu sürətlə artır. İnkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun tərkibində informasiya və biliklər hesabına formalaşan iqtisadiyyatın payı mühüm yer tutur. Belə bir şəraitdə müəllif hüquqları və intellektual mülkiyyətin qorunması məsələsi də xüsusi əhəmiyyət kəsb edir.
 
AMEA prezidenti, akademik Akif Əlizadə bu fikri “Azərbaycan 2020: gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” adlı konfransda çıxışında bildirib.
 
Alim qeyd edib ki, ölkəmizin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müddəaları da bu siyasəti özündə əks etdirir.
 
Konsepsiyada elmi inkişaf etdirmək, insan kapitalını artırmaq, biliklər iqtisadiyyatını formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul və xidmətlərin yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən biri kimi göstərilir:
 
“Azərbaycanda innovativ tərəqqinin əsası olan elmin inkişafı istiqamətində də ardıcıl, dövlət siyasəti həyata keçirilir, bu sahədə geniş islahatlar aparılır. Bu məqsədlə qəbul edilən “Azərbaycan Respublikasında 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın müddəaları uğurla reallaşdırılır. Bu strategiyanın həyata keçirilməsi ölkəmizdə elmin inkişafına, innovativ fəaliyyətin genişləndirilməsinə, alimlərimizin əməyinin stimullaşdırılmasına, qanuni mənafelərinin yüksək səviyyədə qorunmasına xidmət edir.
 
 
HƏQİQƏT
 



Baxış sayı: 706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024