12px13px15px17px
Tarix:27/04/15

Yaponiyada iki üzən günəş elektrostansiyası tikilib

Yaponiyada iki üzən günəş elektrostansiyası tikilib Yaponiyanın Kato şəhərində yerləşən Nişihira və Hiqaşihira göllərinin su səthində iki nəhəng üzən günəş elektrostansiyasının inşası başa çatıb.

Qurğuları inşa edən “Kyocera Corporation” və “Century Tokyo Leasing Corporation” şirkətlərinin nümayəndələrinin sözlərinə görə, üzən elektrostansiyaların ümumi gücü ildə 3300 meqavat-saat təşkil edir. Stansiyalar birlikdə yaxınlıqdakı 920 evi elektrik enerjisi ilə təmin edə bilir.

Bildirilir ki, suda yerləşən panellər evlərin damında quraşdırılan ənənəvi günəş panelləri ilə müqayisədə daha çox enerji generasiya edir. Üzən elektrostansiyaların işinin effektivliyi onların suda yerləşməsi səbəbindən güclü soyutma nəticəsində artır. Üzən elektrostansiyalarda “Kyocera” şirkətinin istehsalı olan polietilen platformalara quraşdırılan və qasırğaya davamlı 11 256 ədəd 255 voltluq modul var.

Bu halda üzən platformaların yaratdığı kölgə yerli göllərdə yosunların artımını, eləcə də onların buxarlanma səviyyəsiniə azalda bilir, - "Hi-News” www.hi-news.ru” yazır.



Baxış sayı: 594

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024