12px13px15px17px
Tarix:27/04/15

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi yeni vakansiyalar elan edib

Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi işçilər axtarır.
 
 
Mərkəzdən verilən məlumata görə, vakansiyaların əsas istiqamətinə audit/pentest,  web/desktop proqramlaşdırma(Php, phyton...),  malware analizi mütəxəssisi, mobil proqramlaşdırma/analiz və sistem administratoru daxildir.
 
 
Müsabiqədə iştirak etmək istəyənlər mayın 10-dək öz portfolio və CV-lərini mərkəzin “cert[at]cert[dot]gov[dot]az”  ünvanına və ya “Facebook” səhifəsinə göndərə bilərlər.  CV-ləri  ilkin baxışdan keçən namizədlər işə qəbul üçün birinci müsabiqəyə dəvət olunacaqlar.
 
 
Müsabiqənin birinci hissəsi mayın 16-da keçiriləcək. İlkin müsabiqə kompüter üzərində 25 sualdan ibarət test sualları vasitəsi ilə biliklərin, daha sonra isə CTF formatlı 4 mərhələdən ibarət tapşırıqların həll edilməsi ilə bacarıqların yoxlanmasından ibarət olacaq.
 
 
CAHANGİR



Baxış sayı: 1261

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024