12px13px15px17px
Tarix:28/04/15

Müasir uşaqların üçdə biri elektron qurğuları gəzməyə və danışmağa başlamazdan əvvəl mənimsəyir

Hər üçüncü körpə smartfon və ya planşet kompüteri gəzməyə və danışmağa başlamazdan əvvəl istifadə edir, artıq bir yaşı olan hər yeddinci uşaq isə mobil qurğular arxasında gündə ən azı bir saat keçirir. Bu barədə Filadelfiya Eynşteyn Tibb Mərkəzinin tədqiqatında deyilir.
 
Uşaqların elektron qurğularla tanışlığının hansı yaşda baş verməsini öyrənmək məqsədilə həkimlər 20 bənddən ibarət xüsusi anket hazırlayıblar. Sorğuda 0,5-4 yaşadək uşağı olan və uşaq klinikasında ambulatoriya müalicəsində duran 370 valideyn iştirak edib.
 
Nəticələrdən məlum olub ki, uşaqlar adətən bir yaşadək elektron qurğuların təsiri altına düşür. Belə ki, körpələrin 36 faizi ekranı aşağı-yuxarı fırladıb və əl barmaqları ilə əlavələri işə salıb, 24 faizi kiməsə zəng edib, 15 faizi əlavədən istifadə edib və 12 faizi videooyunlar oynayıb.
 
“Biz altıaylıq uşaqların mobil qurğulardan istifadə edə biləcəyini gözləmirdik. Onların bəziləri ekran arxasında ardıcıl olaraq 30 dəqiqə ola bilir”, - tədqiqatın aparıcı müəllifi, tibb elmləri doktoru Hilda Kabali deyib.    
 
Ata və analar çox vaxt özləri qurğuları körpələrə oynamağa verirlər. Belə ki, valideynlərin 73 faizi uşağa ev işləri ilə məşğul olanda, 65 faizi körpəni sakitləşdirmək, 29 faizi yatızdırmaq üçün elektron qurğulardan istifadəyə icazə verdiyini bildirib.   
 
Həkimlər qeyd edirlər ki, uşaqların mobil qurğular arxasında keçirdiyi vaxt yaş ötdükcə artır. Məsələn, ikiyaşlıların 26 faizi və dördyaşlı uşaqların 38 faizi elektron qurğulardan hər gün minimum bir saat istifadə edir. Nəhayət, valideynlərin yalnız 30 faizi etiraf edib ki, qurğulardan istifadə məsələsini uşaq həkimi ilə müzakirə edib, - “Vokruq sveta” yazır. 
 
 



Baxış sayı: 552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024