12px13px15px17px
Tarix:29/04/15

Üç ay müddətində avtonom işləyəcək smartfon istehsal edilib

Çinin "TCL" istehsalçısı 5000 milliamper/saat tutumunda batareyaya  malik smartfon istehsal edib. Bu smartfon üç ay ərzində avtonom işləyəcək.

Smartfon "Alcatel" brendi altında qlobal bazara çıxarıla bilər.
İstehsalçı danışıq və veb-sörfinq rejimində qurğunun iş vaxtını açıqlamayıb.

"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, aparat 5 düymlük "Gorilla Glass 4" qoruyucu şüşəsinə malik "AMOLED" ekrana malikdir. Qurğunun qalınlığı 9,15 mm təşkil edir. Smartfon "Android 4.4" mobil platforması ilə işləyir, dördnüvəli "Snapdragon 410" prosessoru, 1 QB əməli və 8 QB daxili yaddaşla təchiz olunub və 32 QB-dək tutumlu "MicroSD" yaddaş kartlarını  dəstəkləyir. Qurğu 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralara malikdir.

Çin nəşrləri yazır ki, smartfonun qiyməti 270-320 dollar aralığında olacaq.


Emil Hüseynov



Baxış sayı: 1495

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024