12px13px15px17px
Tarix:29/04/15

“Azerspace-1” peyki üzərindən yayımlanan kanallar siyahısına daha bir kanal daxil oldu

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və “EuroAZ” kanalı arasında kanalın yayımına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən,  Avropadan yayımlanan ilk Azərbaycan kanalı “EuroAZ “  “Azerspace-1”  peyki üzərindən yayıma başlayıb.
 
Qeyd edək ki, kanalda əsasən  əyləncə xarakterli verilişlər, musiqi verilişləri, bədii və cizgi filmlər, seriallar nümayiş olunur. Kanal hazırda 11135/H/27500 tezliyi ilə yayımlanmaqdadır.
 
“Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir:  C diapazonda 24, Ku diapazonda 12.
 



Baxış sayı: 858

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024