12px13px15px17px
Tarix:30/04/15

2018-ci ilədək dünyada bir milyard qurğu "Windows 10” sistemi ilə işləyəcək

2018-ci maliyyə ilinədək "Windows 10” əməliyyat sisteminin quraşdırılacağı qurğuların sayı bir milyardı ötəcək.

Bu barədə “Build 2015” proqram tərtibatçıları konfransının açılışında “Microsoft” korporasiyasının əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayerson deyib.
 
“Biz sistem istifadəyə verildikdən iki-üç il sonra onun bir milyard qurğuda quraşdırılacağını gözləyirik. Dünyada əməliyyat sistemlərinin heç bir versiyası bu qədər istifadəçi bazasına malik deyil”, - vitse-prezident bildirib. O, həmçinin “Android” və ya “iOS” mobil əməliyyat sistemlərinin ayrıca buraxılışlarının indiyədək bu səviyyəyə çatmadığını vurğulayıb. ABŞ korporasiyası üçün 2018-ci maliyyə ili 2017-ci ilin iyulundan başlayır.  
 
Rəqibləri barədə danışan T.Mayerson xatırladıb ki, “Apple” ilə işləyən tərtibatçılar “iOS “ və “OS X”, "Google” ilə işləyəndə "Android” və “Chrome” arasında seçim etməli olurlar. “Microsoft” isə kompüter, mobil və daşınan qurğularla, “Xbox” və hətta "Hololens” əlavə reallıq eynəyi ilə uyğunluq təşkil edən universal əməliyyat sistemi ideyası ilə tərtibatçıların diqqətini iki mobil platformadan yayındırmaq istəyir.
 
“Biz “Windows”u tərtibatçılar üçün tarixdə ən cəlbedici platformaya çevirmək niyyətindəyik”, - “Microsoft”un baş direktoru Satya Nadella deyib. 
 
Bu məqsədlə korporasiya əlavələrin satılması üçün yeni imkanlar təqdim edir. Hazırda “Windows Store” mağazasında mobil telefonun hesabından bank kartından istifadə etmədən proqramlar üçün ödənişləri həyata keçirmək olar. Bundan başqa, artıq “iOS” və “Android”də istifadə olunan modelin abunə üzrə yayılması nəzərdə tutulur. “Microsoft” həmçinin reklam platformasını yeniləyib.
Korporasiya korporativ istifadəçilər üçün əlavələr mağazasının "Windows Store for Business” versiyasını da təqdim edib, - “Lentayazır.  



Baxış sayı: 600

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.