12px13px15px17px
Tarix:30/04/15

İranın ali dini lideri “Instagram” xidmətinə müdaxilə edib?!

İnternet istifadəçiləri qeyd ediblər ki, İranın ali dini lideri Əli Xamneyi öz “Instagram” səhifəsində davametmə müddəti 15 saniyədən çox olan çarxlar dərc ediblər. Xidmətin nümayəndələri bildiriblər ki, İranın ali dini liderinin komandası bunun üçün xüsusi imtiyazdan deyil, xidmətdəki boşluqdan istifadə edib. Bu haqda Britaniyanın “The Guardian” nəşri yazıb.
 
"ICTnews" elektron xəbər xidməti “tjournal.ru” saytına istinadən bildirir ki, aprelin 26-da İranın “Manoto 1” telekanalının aparıcısı Pura Zeraati nəzərə çatdırıb ki, Əli Xamneyinin “Instagram” profilində bəzi videoların davametmə müddəti standart 15 saniyə limitindən çoxdur.
 
Məsələn, aprelin 26-da İranın ali dini lideri 119 saniyə davam edən öz çıxışının yazısını dərc edib.
 
Xidmətin nümayəndələri “The Guardian” nəşrinə bildiriblər ki, Xamneyinin komandası çox güman ki boşluqdan istifadə edib.
 
“Biz bu yaxınlarda bəzi istifadəçilərə davametmə müddəti 15 saniyədən çox olan videoların dərcinə imkan verən boşluq haqda xəbər tutmuşuq. Bu problemi tez aradan qaldırdıq” – “Instagram”ın nümayəndəsi rəsmi bəyanat verib.
 
Emil Hüseynov



Baxış sayı: 823

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024