12px13px15px17px
Tarix:01/05/15

“New Shepard” kosmik gəmisinin sınağı keçirilib

ABŞ-ın “Blue Origin” şirkəti Texas ştatında “New Shepard” suborbital kosmik gəmisinin uçuş sınağını keçirib. Bu barədə şirkətin rəsmi nümayəndələri bildirib.
 
Məlumata görə, gəmi “ВЕ-3” mühərriki vasitəsilə şirkətə məxsus sınaq kompleksindən start götürüb. 93 km hündürlükdə Yerə paraşütlə düşən kapsulun ayrılması baş verib.
 
“Göyərtədə astronavtlar olsaydı, onların kosmosa uçuşu uğurlu, qayıdışları rahat olardı”, - “Blue Origin” şirkətinin rəhbəri, sahibkar Ceffri Bezos deyib.
 
Eyni zamanda o qeyd edib ki, raket blokunun enişi tam uğurlu olmayıb. “Enmə zamanı hidravlik sistemdə təzyiq aşağı düşüb. Xoşbəxtlikdən biz artıq neçə müddətdir hidravlik sistemin təkmilləşdirilməsi üzərində çalışırıq. Tezliklə biz daha bir buraxılışı həyata keçirə biləcəyik”, - o qeyd edib.
 
“New Shepard” gəmisi 100 km hündürlükdə uçuşlar üçün nəzərdə tutulub. Ekipajı üç nəfərdən ibarət olan gəmi göyərtəyə bir neçə sərnişin və ya faydalı yük götürə bilər.
 
“Blue Origin” kosmosa müntəzəm turist uçuşları etmək niyyətində olan özəl şirkətlərdən biridir. “Blue Origin” “Boeing” və “Lockheed Martin” şirkətləri tərəfindən yaradılan "United Launch Alliance” konsorsiumu ilə birlikdə hazırda “Atlas V” raketinin birinci pilləsində quraşdırılan Rusiyanın “RD-180” mühərrikini əvəz edəcək yeni mühərrik hazırlayır. “RD-180”-dən orbitə təkcə mülki deyil, həm də Pentaqonun sifarişi ilə hərbi peyklərin çıxarılması üçün istifadə olunur, - “TASS” yazır.  



Baxış sayı: 600

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024